Erməni hərbi qulluqçularına məxsus müxtəlif sənəd və rabitə vasitələri ələ keçirilib

Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularına məxsus müxtəlif sənəd və rabitə vasitələri ələ keçirilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, aprelin 2-dən 5-dək Azərbaycan və Ermənistan silahlı qüvvələri arasındakı döyüş qarşıdurması zamanı Silahlı Qüvvələrimizin bölmələri tərəfindən endirilən əks-həmlələrdən çoxsaylı itkilər verərək məğlubiyyətə uğradılan erməni hərbi qulluqçularına aid müxtəlif sənədlər, rabitə vasitələri və ləvazimatlar əldə olunub.

 

Şərhi əlavə etmək