Üz örtüyünə qadağa

Avropa ölkələrindən biri sayılan Almaniya niqab geyinməyi qadağan edəcək

“Reuters”-ə istinadən verilən xəbərə əsasən, Almaniya Bundestaqı üzü tamamilə örtən libasın qismən qadağan edilməsinə dair qanun layihəsini qəbul edib.

“Bizim tolerantlığın digər mədəniyyətlərlə olan sərhədinin yerləşdiyi yer inteqrasiyadır. Biz öz dəyərlərimizi aydın şəkildə izah etməli və yaymalıyıq. Tərəfimizdən qəbul edilmiş qanun layihəsi bu işə mühüm töhfəsini verəcək.”, - deyə Almaniyanın daxili işlər naziri Tomas de Mezyer bildirib.

Xatırladaq ki, pərəncənin qadağan edilməsinə dair qanun layihəsi, kansler Angela Merkel 2016-cı ilin dekabr ayında muvafiq qanunun zəruriliyi haqda çıxış etdikdən sonra qəbul edilib.

Şərhi əlavə etmək