İŞİD terrorçuları bu dəfə Əfqanıstana üz tutublar

İŞİD terrorçuları Suriya və İraqdan Əfqanıstana köçürlər

“Islam Today”-ə istinad olaraq İŞİD terrorçuları kütləvi şəkildə Suriya və İraqdan Əfqanıstana köçür.

Bu haqda “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı”nın (KTMT) Baş katibinin səlahiyyətlərini yerinə yetirən Valeriy Semerikov Beynəlxalq Təhlükəsizlik üzrə Moskva Konfransında çıxış edən zaman bildirib.

Hazırda Suriya və İraqda sağ qalmış İŞİD terrorçuları Əfqanıstana axın etməyə başlayıb. Onlar zamanla bu ölkəni KTMT ölkələrinin ərazisinə soxulmaq üçün meydana çevirə bilər.”, - deyə o bildirib. Semerikov təşkilata üzv ölkələrin üzləşdiyi təhlükə ilə bağlı narahatlığını ifadə edib.