Badam yeyin

badamın xüsusiyyatları
Badamın müxtəlif xəstəliklərin dərmanında rolu

Badam və onun müxtəlif xüsusiyyətləri

Zülal, dəmir və kalsium cəhətdən zəngin olan badamın faydaları saymaqla bitmir.

Tərkibində yüksək nisbətdə yağ olan badam normada yeyildikdə sağlamlığa faydalıdır. Aile.lent.az badamın bəlkə də çoxlarına məlum olmayan faydaları ilə sizi tanış edir.

- Hamilə qadınların südünü artırır və körpənin inkişafına kömək olur.

- Tərkibində olan yağlar çəki azaltmağı asanlaşdırır. İnsanı tox tutur, bu səbəbdən də ara paylarda 10-15 ədəd badam yemək olar. Çiy, duzsuz və qovrulmamış badama üstünlük versəniz, daha çox faydasını görərsiniz.

- Badam bədən və zehnin yorğunluğunu aradan qaldırır, böyrək, sidik kisəsində iltihabı yox edir.

- Öd daşlarının yaranmasına mane olur.

- Tərkibində olan yağ turşuları və fermentlər ürək-damar xəstəliklərindən qoruyur.

- Yaxşı və pis xolesterolun tarazlanması üçün badam olduqca faydalıdır.

- Pis xolesterolun yaratdığı xəstəliklərə tutulma ehtimalını azaldır.

- Fosfor sümük sağlamlığının qorunmasında əhəmiyyətli təsirə malikdir. Yaşlandıqca  artan sümük ağrılarının qarşısının alınması və dişlərin dayanıqlılığının artırılması üçün mütləq gündəlik olaraq badam yeyilməlidir.

- E vitamini baxımından zəngin olan badam antioksidant ehtiva etdiyi üçün ürək sağlamlığını əhəmiyyətli dərəcədə qoruyur. Tərkibində maqnezium, fol turşusu olması ürək xəstəliklərindən də qoruyur və arteriyalarda ləkə meydana gəlməsinə mane olur.

- Qələvi baxımından zəngin olan badam immunitet sisteminin güclənməsini təmin edir.

- Bədənə daxil olan qeyri-sağlam maddələrin atılmasını təmin edən qələvi tərkibi sayəsində bədəni mümkün xəstəliklərdən qoruyur.

- Badam yağı və badam südü dərinin təravətli qalması üçün əhəmiyyətli rol oynayır. Bir çox nəmləndirici və təmizlik məhsullarında istifadə edilən badam gündəlik də yeyildikdə dəri sağlamlığını qoruyur.

- Kalium tərkibi sayəsində qan təzyiqini tənzimləyir.

- Riboflavin, manqan və mis ehtiva edən badam enerjinin artmasını təmin edərək insanın aktiv olmasına dəstək verir.

- Pəhriz lifi baxımından zəngin olan badam sütun xərçənginin meydana gəlməsinin qarşısını alır.

- Yeməklərdən sonra yeyilən badam insulin və qlükozanın artmasına mane olur.

- Badam yemək şəkər səviyyəsini də nizamlayır.

- Lif baxımından zəngin olan badam qəbizliyin aradan qaldırılmasında təsirli qidadır. Araşdırmalara görə, gündə 5 dənə badam yemək qəbizliyin aradan qaldırılması üçün kifayətdir.

- Badamın həmçinin yağından da istifadə olunur.

 

Saglamolun.Az

اشتراک گذاری: 

Şərhi əlavə etmək

Fill in the blank.