Livan Hizbullahı hicablıları müqavimətə dəvət etdi

Livan Hizbullahı hicablıları müqavimətə dəvət etdi

İfaf Həkim Livan Hizbullahı qadınlar Şurasının sədri Azərbaycan Respublikasındakı hicablıları müqavimətə çağırdı.

 

Azərbaycan Respublikasındakı bütün bacılarımı salamlayıram. Bu qadınlar din və imanlarına görə incidilirlər. Onlara xatırladıram ki, qadın tarix boyu çoxlu çətinliklərə qatlaşmışdır. Qadınlar bir çox hökumətlərin təzyiqlərinə məruz qalmışlar.
Lakin şükürlər olsun ki, Allah həmişə sonda möminlərin yanındadır. Biz bilirik ki, Allah Quran-Kərimdə bizə üzünü tutaraq deyir ki, hər bir çətinlikdən sonra açıq yol var. (İnnə məəl usri yusra). Allah ilahi təqvanı özünə yol seçən hər bir şəxsə yol açır. Şübhəsiz bağlı işlərində açıq yol olacaq və Allahın razılığı yolunda istədiklərini əldə edəcəklər, hicab və dinlərinə xatircəmlik hissini qazanacaqlar. Ümidvaram ki, Livan və Azərbaycan arasında, xüsusilə də xanımlar arasında əlaqələr yarasın ki, problemlərimiz barəsində dialoqlar apara bilək. Bildiyiniz kimi biz Livanda çoxlu çətinliklərlə üzləşmişik, lakin Allahın lütfü, Hizbullahda islami müqavimətlə və Seyid Həsən Nəsrullahın həkimanə rəhbərliyi ilə böyük şeytani qüdrətlər qarşısında müqavimət göstərə bildik. Belə ki, ABŞ və yetişdirməsi İsrailin qarşısında müqavimət göstərə bildik. Qələbə həmişə möminlərlədir, səbirli və müqavimətli olmalıdırlar ki, inşallah istədiklərinə nail olsunlar.

Səhər TV

Şərhi əlavə etmək