HICAB: ÜLVI VƏ SAF YOL

    Hicab kəlməsinin mənası

 

Allahın adı ilə

          Müqəddəs islam dini səadət və xoşbəxtlik üçün bəşərə gəlmişdir. İslam dini öz müqəddəs qanunlarında qadınlar üçün bəşərə xüsusi inayət əta etmişdir. Məxsusi qanunlarında qadınların ailə və cəmiyyət, həmçinin Allah qarşısında vəzifələri göstərilmişdir. ,Bu qanunlarda Allahın lütf və rəhməti qadınlara səxavətlə ehsan edilmişdir. Quranı-Kərimdə "qadın" adlı bir surə Allah tərəfindən Peyğəmbərə nazil olmuşdur. Quranı-Kərimin digər surələrində qadınların həyat məsələsi açıqlanmışdır.Bu qanunların əvvəlində hicab məsələsi nəzərə alınmışdır.

          Hicab kəlməsinin mənası

          Hicab kəlməsinin mənası həm örtmək(məsdər), həm də örtük və hicab mənasında işlədilir, əksər hallarda pərdə mənasını ifadə edir. Lüğət baxımından hər örtük hicab deyildir. O örtüklər hicab adladırılır ki, onu ifadə edəndə "pərdə arxasında qalmaq" mənasını çatdırsın. Quranı-Kərimdə Süleyman peyğəmbərin hadisəsi ilə bağlı olaraq günəşin qüruba enməsi belə vəsf edilir: "hətta təvarət bil hicabı "yəni" o vaxtdır ki, günəş pərdə arxasında məxfi oldu". ("sad" surəsi, 32-ci ayə)

          Ürək ilə qarın boşluğunda olan pərdə də ərəb dilində "hicab" adlandırılır. Hicab kəlməsinin qadının örpəyi mənasında işlədilməsi yeni istilahdır. Qədimdə xüsusilə fəqihlərin istilahında örpək mənasında olan "sətr" sözündən istifadə olunurdu. Əgər "Sətr" kəlməsi dəyiişib "hicab" kəlməsiylə əvəzlənməsəydi yaxşı olardı.

          Qadınlar üçün nəzərdə tutulan örpək vəzifəsinin mənası o demək deyildir ki, onlar evdən çölə çıxmasınlar. Qadının evdə kölə kimi oturması İslam dinində mövcud deyildir.

          İslamda qadın örpəyinin mənası budur ki, O, yad kişilərin yanında öz bədənini örtməli, bədən üzvlərini açıb başqalarına göstərməməlidir.

          Qədim xalqlarda hicabın rolu və hicabın tarixi

          İslamdan qabaq Yəhudi, İran, Hindistan xalqları arasında da hicab mövcud olmuşdur. Ərəb cahiliyyət dövründə isə onların arasında hicab olmamış və bu qanun İslam dini vasitəsiylə Ərəbistanda yayılmışdır.

          Məşhur tarixi alim Vill Dorant "Tarixi təməddün" kitabının 12-ci cildinin 30-cu səhifəsində Yəhudi qövmü və "Təlmud qanunu" barəsində belə yazır: "Əgər hansı bir yəhudi qadın bu qanunu pozmaq fikrinə düşsəydi, məsələn, başına bir şey örtmədən camaatın arasına getsəydi, ictimai yerlərdə yun əyirsəydi, kişilərlə söhbət edib ucadan danışsaydı və onun səsini qonşular eşitsəydi, onda o qadını mehriyyə vermədən boşayardılar".

          Yəhudilər arasında mövcud olan hicab qanunu İslamı örtükdən çox sərt olmuşdur.

          Qədim İranda da bu qanuna ciddi rəğbət bəslənilmişdir. Cəmiyyətin yüksək təbəqələrinə mənsub olan qadınların xüsusi kəcavə və örtülü arabalardan başqa bir şeylə evdən çıxmağa cürəti yox idi. Onlara heç vaxt icazə verilmirdi ki, aşkar şəkildə kişilərlə qaynayıb qarışsınlar. Ərli qadınların heç bir kişini, hətta ata və qardaşını görməyə belə haqqı yox idi. Qədim İranın daş kitabələrində həkk olunmuş şəkillərdə bir nəfərdə olsun, üzü açıq qadın görünmür və onların adı çəkilmir.

          Vill Dorantın əqidəsinə görə qədim Zərdüşt dini adət-ənənələrinə uyğun olaraq heyizli qadın müəyyən bir otaqda həbs edilir, hamı onlardan uzaq gəzirdi. Məhz bu adət qədim İranda hicabın yaranmasının əsas səbəbi hesab olunur. Yəhudilər arasında da heyz olan qadınların barəsində belə kəskin qanun icra olunurdu.

          Amma tarixçi V. Dorantın "bu işin özü də müsəlmanlar arasında hicabın əsas səbəbi hesab olunur" sözləri həqiqətdə düzgün deyildir. Bildiyimiz kimi, İslamda belə qayda-qanun heç vaxt mövcud olmamış və indi də mövcud deyil. İslam dinində yalnış oruc və namaz kimi bəzi vacibi ibadətlərdə güzəştə edilir. Şübhəsiz ki, cahiliyyət dövrünün qadınları V. Dorantın vəsf etdiyi kimi olmuşdur, lakin İslam dini bu sahədə dərin dəyişiklik etmiş və müqəddəs qanunlar yaratmışdır.

          Qədim Hindistanda da hicab rejimi daha ağır tərzdə hökmranlıq edirdi, lakin örtük məsələsinin İslamın Hindistana nüfuz etməsindən qabaq və ya ondan sonra rəvac tapması dəqiq məlum deyil. Hindistanda mövcud olan ruhi məşğələlər (riyazət və tərkidünyalıq) meyli hicabın yaranmasına səbəb olmuşdur. Bu ölkə riyazət və tərkidünyalığı gözəl, maddi ləzzətləri isə yaramaz bir şey hesab edənlərin mərkəzi olmuşdur. Göründüyü kimi qədim xalqlarda hicabın rolu İslam dinində olduğu kimi deyildir. İslam dini bir hicab qanunu gətirmişdir.ki, qadının alçalmasına, cəmiyyətdən kənar qalmasına deyil,əksinə hər sahədə ucalmasına səbəb olur. Quranı Məciddə hicab məsələsinə təkrar-təkrar işarə edilmişdir ki, qadınlar öz yaşayışlarında hicabın əhəmiyyətindən xəbərdar olsunlar.

          İslam dininin mənfur düşmənləri hicab qanununa bir çox iradlar gətirirlər. Hicabı qadın üçün təhqiramiz və qadını cəmiyyətdən kənar edən alçaldıcı bir geyim kimi nəzərdə tuturlar. Onlar güman edirlər ki, qadınlar hicabda,örpəkdə məhdud bir varlıqlara çevrilir, həyatı inkişafdan və kamaldan geridə qalırlar. Qadın azdlığının belə üzdəniraq tərəfdarları hicabın fəlsəfəsindən və əhəmiyyətindən xəbərsizdirlər.

          İslam dini qadının hicaba düzgün əməl etməkdə kişilərlə bərabər cəmiyyətdə iqtisadi, siyasi, mədəni elmi, texniki və s. işlərdə fəaliyyət göstərməsinin tərəfdarıdır. Bu dinə görə qadın evdə qalıb mənasız həyat tərzi keçirməməlidir. Üz və əllərdən başqa bədənin digər yerlərinin örtülməsi heç vaxt onun mədəni fəaliyyətinə mane olmur. Hicab isə əksinə olaraq qadınları cəmiyyətə ən ülvi və saf insanlar kimi təqdim edir. Qadın hicabla kəramətlənir və dəyəri yüksəlir. Beləliklə, belə qənaətə gəlirik ki, müqəddəs İslam dini qadınların fitnə-fəsaddan qorunması, kamala və səadətə çatması üçün birinci yolu hicab qanunlarına ciddi əməl etməkdə görür. Bu bir həqiqətdir.

Şərhi əlavə etmək