Bu gün "Hizbullah"ın İsrail üzərində tarixi qələbəsinin ildönümüdür

Livan xalqı torpaqlarının İsrail işğalından azad olunmasının 16-cı ildönümünü qeyd edir. 1978-ci ildən İsrailin işğalı altında olan cənubi Livan əraziləri 26 May 2000-ci il tarixində Livanın "Hizbullah" müqavimət hərəkatının döyüşçüləri tərəfindən tamamil

 

 

Beyrutun, eləcə də Livanın digər şəhərlərində qələbə günü münasibətilə bayram tədbirləri keçirilir.

Əl-Mənar telekanalı xəbər verir ki, ölkənin şərqində keçirilən bayram tədbirlərinə "Hizbullah" lideri Seyid Həsən Nəsrullah da qoşulub. Hərəkat liderinin mərasimə qəfil gəlişi xalq tərəfindən coşqu ilə qarşılanıb.

"Biz hər il bu bayramın qeyd olunmasının tərəfdarıyıq. Ona görə ki, unutmadığımızı, oyaq bir ümmət olduğumuzu göstərməliyik. Biz yada salmalıyıq ki, sionist rejim təsis olunduğu gündən ölkəmizin, xalqımızın başına hansı müsibətləri gətirdi, torpaqlarımızı işğal etdi. Yaddaşımıza həkk etməliyik ki, İsrail bizim əsas düşmənimizdir."

"Biz yolumuza davam edəcəyik. Ard-arda qələbələr qazanacağıq və nəhayət təkfirçi zehniyyətin planlarını məhv etməklə böyük qələbəyə imza atacağıq. Görünən odur ki, İŞİD-in ömrünün sonlarıdır, inşallah", - deyə Həsən Nəsrullah xalq qarşısındakı çıxışında deyib.

Şərhi əlavə etmək