Bəhreynlilər Formula 1 və Al-Xəlifə diktator rejiminə qarşı aksiyalarını davam etdirir

Etirazçılar başda Vifaq Partiyasının Baş Katibi Şeyx Əli Səlman olmaqla diktator rejimi tərəfindən həbs olunan bütün siyasi məhbusların tez bir zamanda azad edilməsini tələb ediblər.

Bəhreynin paytaxtında diktator Ali-Xəlifə rejimi əleyhinə xalq nümayişləri davam edir.

Manamanın qərbində yerləşən Əl-Diraz məntəqəsində dünən cümə namazıdan sonra təşkil olunan aksiyada, ölkədə keçirilməsi planlaşdırılan Formula 1 yarışının keçirilməsi məhkum edilib. Etirazçılar başda Vifaq Partiyasının Baş Katibi Şeyx Əli Səlman olmaqla diktator rejimi tərəfindən həbs olunan bütün siyasi məhbusların tez bir zamanda azad edilməsini tələb ediblər.

Beynəlxalq Amnistiya Təşkilatı Bəhreyn diktator rejiminin ölkədəki müxalifləri və inqilabçı qüvvələri həbs etməyə davam etdiyini və bunu da Formula 1 yarışlarının kölgəsində həyata keçirdiyini bildirib. Qeyd edək ki, Formula 1 yarışlarının ikinci turunun gələcək həftə Bəhreyndə keçirilməsi gözlənilir.

 

 

 

 

 

ABNA

Şərhi əlavə etmək