Həddindən artıq itkilərə görə İŞİD döyüşə uşaqları göndərir

İŞİD terror təşkilatı uşaqlardan həddindən artıq döyüşçülər və kammikadzelər qismində istifadə edir.

 

 

 

Bu barədə  Corciya Universitetinin statistik araşdırmalarında bildirilib.

Hesabatda göstərilir ki, təkcə Telegram və Twitter-də  İŞİD tərəfində döyüşərkən 89 uşaq və yeniyetmə barədə məlumat olub. Onlardan 39 faizi partlayıcı qurğu quraşdırılmış avtomobilin sükanı arxasında, 33 faizi isə atışmalarda dünyalarını dəyişib.

Sənəddə deyilir ki, İŞİD-in  uşaqların səfərbərliyinə bu qədər müraciət etməsi, artıq təşkilatda canlı qüvvələrin çatmadığının göstəricisi ola bilər.

Şərhi əlavə etmək