Netanyahu fələstinlilərin ailələri ilə görüşən deputatları cəzalandırmaq göstərişi verib

İsrailin baş naziri Binyamin Netanyahu ölkə Parlamentini israillilərə hücum etdikləri zaman öldürülən fələstinlilərin ailələri ilə görüşən ərəb deputatları cəzalandırmağa çağırıb.

Bu barədə SalamNews RİA "Novosti"yə istinadla xəbər verir. Yerli KİV-in məlumatına əsasən, belə bir görüş zamanı “Birləşmiş Ərəb Siyahısı” partiyasından olan üç parlamentari qohumlardan öldürülənlərin cəsədlərinin qaytarılmasında yardımçı olmaq xahişi alıb.

“İsrailliləri öldürən terrorçuların ailələrinə ürək-dirək verməyə gedən Knesset deputatları İsrail Parlamentində yer tutmağa layiq deyillər. Mən Knesset spikerindən onlara qarşı hansı tədbirlərin görülə biləcəyini yoxlamasını xahiş etdim.”, - İsrailin hökumət başçısı söyləyib.

Parlament spikeri Yuliy Edelşteyn B.Netanyahu ilə birlikdə ərəb parlamentarilər haqqında Knessetin Etika komissiyasına “şəxsi şikayət” təqdim edəcəklərini bildirib və üç deputatın hərəkətinin vaxtı gəldikdə İsrail Ali Məhkəməsi tərəfindən gələcək seçkilərdə iştirakdan uzaqlaşdırılmaya kifayət edəcək əsas kimi qiymətləndiriləcəyinə ümidini ifadə edib.

Şərhi əlavə etmək