İSLAMIN ILKIN ILLƏRI (5)

İSLAMIN ILKIN ILLƏRI (5)

İSLAMIN ILKIN ILLƏRI (5)

ORDUNUN GÖNDƏRİLMƏSİNİN HIKMƏTI

Usamənin ordusunun hərəkəti Hucaz məntəqəsinin, məxsusən Mədinənin tam məxsus bir vəziyyətdə olduğu zamanı baş verirdi. İslamın səsi uzaq-yaxınları bürümüşdü. Belə bir şəarait yenicə qurulmuş islam dövlətinin mərkəzinə hucum etmək üçün onunla müxalif olub düşmənçilçk edənlərə çox əlverişli idi. Ətraflar məntəqələrdə bir neçə nəfər yalandan peyğəmbərlik iddiası edərək öz ətraflarına çoxlu adam yığmışdılar ki, bunların bəzisi Peyğəmbərin göstərişi ilə dağıdılmışdı.[1]

On səkkiz yaşlı Usamə elə zəmanənın ən böyük ordusunu bir vaxtda öhdəsinə götürür ki, ona başçılığ etməyə bacarığı olsada, kifayət ğədər hərbi təcrübəsi yoxdur. Allahın Rəsulu can üstədir. O, dünyadangetdikdə mühacir və ənsarın bir çoxu Mədinədən kənarda, o həzrətin yaxın adamları və ailəsi isə dəfn işlərinə məşğuldur. Müxaliflərüçün zərbə vurmağa qızıl fürsət vardır. Bütün bunlara baxmayaraq Peyğəmbər (s) ən çətin halda, azacıq belə, tərəddüd etmədən ordunun hərəkət etməsinə təkid edir.

Həzrət Peyğəmbər (s) mühacir və ənsardan olub, heç bir döyüşdə qələbə əldə edə bilməyən adamları orduya göndərir[2] və onların Mədinədə olmasını lazım bilmir. Üstəlik, onların tez bir zamanda Mədinəni tərk etmələrini istəyir. Əvəzində bir çox döyüşlərdə qələbələrin səbəbkarı olan Əli ibn Əbi Talibi (ə) Mədinədə öz yanında saxlayır. Sual yaranır: Usamənin qoşununda yaşlı və təcrübəli döyüşçülər olduğu halda, nə üçün onlar qoşun başçısı təyin olunmadılar? Tarixdə yazılanlara görə ilk mühacirlərdən elə bir kəs yoxdu ki, bu orduda olmasın. Bütün tanınmış şəxslər, o cümlədən Ömər ibn Xəttab, Əbu Bəkr, Əbu Übeydə Cərrah və Sə`d ibn əbi Vəqqas o qoşunda iştirak edirdilər.[3]

Əbu Bəkr xilafətə çatandan sonra Usamə onun orduda iştirak etməməsinin səbəbini soruşurdu.

Usamənin nəzərinə görə, Peyğəmbərin qəbul etdiyi qərara əsasən, Əbu Bəkrin və Ömərin Mədinədə qalmasına heç bir zərurət yox idi. Baxmayaraq ki, Əbu Bəkr Usamədən istəyirdi ki, Ömərin xəlifəyə kömək etmək üçün Mədinədə qalmasına razı olsun.[4]

Əbu Bəkrin bu istəyi onu çatdırır ki, Peyğəmbər (s) vəfatından sonra da səhabələr (bəzi vaxtlar itaətsizlik etsələr də) O həzrətin siyasi və ictimai hökmlərini qüvvədə hesab edirdilər. Elə bu səbəbdən də Osmanın xilafətinə qədər, xəlifələrin hər hansı biri Peyğəmbərin (s) göstərişlərinin əksinə əməl etdikdə camaat tərəfindən pislənirdi. Belə ki, Əbu Bəkr və Ömər öz xilafətləri zamanı bir vaxtlar Reyğəmbərin tərəfindən sürgün olunan Mərvan ibn Həkəmi Mədinəyə buraxmadılar. Lakin Osman onu Mədinədə gətirib özünün müşaviri təyin etdi.

Bu səbəbdən, Qazi Əbdül-Cəbbar Mö`təzilinin tərəfdarlıq edib dediyi: “Əbu Bəkrin, Ömərin Mədinədə qalmasını istəməsinin səbəbi, heç kəsin onu kömək etmədə əvəz edə bilməyəcəyinə görə idi. Onun dinə görə orduda iştirak etməməsi,orduda iştirak etməsindən ehtiyata daha yaxındır” – sözü əsassızdır.

İbn Əbil-Hədid yazır: (Usamənin) Peyğəmbərin əmri ilə müxalifət etməsi qanunsuz və icazə verilməz işdir. Peyğəmbərin işdən çıxardığını vəzifəyə təyin etməyə, yaxud işə təyin etdiyini vəzifədən çıxarmağa onun haqqı yoxdur.[5]

Bu görə də Əbu Bəkr öz xilafət xəbərini Usamə üçün göndərdikdə, Usamə cavabında dedi: “Mən və ordum səni xəlifə etməmişdir. Allahın Rəsulu dünyadan getməmişdən sizi mənə deyil ,məni sizə əmir təyin etmişdir. O, kəsə təəccüb edirəm ki, Allahın Rəsulu məni ona əmir təyin etdiyi halda, o məni vəzifədən götürür və özünün mənə əmir olmasını iddia edir!”[6]

Təəccüb burasındadır ki, Peyğəmbərin həyatı zamanı Usamənin azyaşlı olması mühacirlərin e`tirazına səbəb olur. Bu və Peyğəmbərin xəstə olması bəhanə gətirilərək ordunun hərəkəti on beş gün tə`xirə düşür. Lakin Əbu Bəkr xilafətə çatandan sonra yarım gündən də az bir müddətdə bu bəhanəyə bir cümlə  ilə cavab verilir və ordu hərəkət edir.[7]

Bu işin səbəbi bundam başqa ola bilərmi ki, indi müxaliflərin başçılarının hamısı artıq Mədinəyə toplaşmış və qoşunda müxalifətçilik etməyə bir nəfər də olsun tədbirli adam qalmamışdır?! Əbu Bəkrdən sonra eşidilirdi ki:

“Əgər bilsəm ki vəhşi heyvanlar məni parça-parça edəcək, Allahın Rəsulunun (s) əmr verdiyi kimi Usamənin ordusunun məmuriyyətini məndən savayı bir nəfər olmasa da belə, sona çatdıracaqam![8]

Görəsən, Usamənin döyüş yoldaşları üçün Peyğəmbərin sözü və qərarının, Əbu Bəkrin sözü və qərarı qədər dəyəri yox idi?! Necə olur ki, elə bunların özü Peyğəmbərin (s) əmrinə əməl etməkdə günlərlə səhlənkarlıq göstərir, onu qəzəbləndirir, işi o yerə çatdırırlar ki, Həzrət onları lə`nətləyir, lakin bununla belə yenə də hərəkət etməkdə süstlük göstərirlər, indisə azacıq belə, e`tiraz olmadan başqasının əmrinə itaət edərək, Mədinəni tərk edir, heç nə üçün, hətta Peyğəmbərin vəfat etməsinə görə hüzün saxlamağı belə üzr gətirmirlər?!

Əgər onların ilk bəhanəsi, Peyğəmbərin dünyadan getməsidirsə, onda heç olmazsa, onların başçıları həzrətin qüsul və dəfnində iştirak edəydilər?! Halbuki tarixçilər və mühəqqiqlər onların Peyğəmbərin dəfnində iştirak etmələrini qeyd etməmişlər?! Bundan əlavə, necə qəbul etmək olar ki, Peyğəmbərin həyatı zamanı o həzrətin vəfat etməsinə kədərli olmağı üzür gətirərək orduda iştirak etmədən boyun qaçıraraq həzrəti o qədər narahat edirlər ki, həzrət onları lənətləyir?!

Bəziləri deyirlər: Səhabələr o zaman Peyğəmbərin ayrılığına dözə bilmədikləri üçün, Corfda onun vəziyyətinin məlum olmasını gözləyirdilər. Bu təxir Peyğəmbərə olan şiddətli bağlılıqdan irəli gəlirdi! Vəzifəni yerinə yetirməkdə süstlük göstərmələrində heç bir qərəzli fikirləri yox idi. Onlar təkcə iki nəticədən birini gözləyirdilər: ya Peyğəmbərin şəfa tapması ilə gözləri nurlanacaqdı, ya da Peyğəmbərin dəfnində iştirak etmək şərafəti onlara qismət olacaq və onun yerinə olacaq şəxsin iş başına gəlməyə imkan yaradacaqdılar. Beləkiklə onların hərəkəti, təxirə salmalarında üzrü qəbul edilməli və onlara heç bir irad tutulmamalıdır.[9]

Məhəmməd Hüseyin Heykəl yazır: Onlar Peyğəmbəri elə bir halda qoyub, Mədinədən uzaq olan bir məntəqəyə necə gedə bilərdilər?! Elə yaxşısı Peyğəmbərin vəziyyəti məlum olana qədər gözləmək idi.[10]

Belə üzr düzəltmələr suallara cavab olmazdan qabaq, özü sual doğurur. Bu, Peyğəmbərə olan məhəbbətdən irəli gəlirdimi?! Ordunun hərəkətini tə`xirə salmaqla həzrəti o qədər qəzəbləndirirlər ki, onları lənətləyir?! Məgər Peyğəmbər özünün və onların vəziyyətini dərk etmirdi?! Belədirsə, onda nə üçün hətta yarım gün belə onlara möhlət vermir?! Halbuki onlar bəlkə ordunun hərəkət etməsini yarım gün deyil, iki həftə təxirə saldılar? Bundan əlavə, islamın məsləhətini onlar daha yaxşı bilirdi, yoxsa Peyğəmbər?!

Qazi Əbdul Cabbar Mötəzili yazır: Qoşunda camaata rəhbərlik etməyə ləyaqəti olanlara, ordudan ayrılaraq özlərindən birini rəhbər seçmələri lazımdı? Çünki imamı seçmək, döyüşdə iştirak etməkdən daha əhəmiyyətli bir məsələdir. Beləliklə səlahiyyəti olana (Əbu Bəkr kimisi ) seçılməzdən qabaq ordudan ayrılmaq caizdir. Ondan sonra da ehtiyacı olduğu şəxsi (Ömər kimisini) ordudan ayırmaq ona caizdir.[11]

Bu nəzər düz olarsa, onda Allahın Rəsulunun (s) qoşunu göndərmək barədə olan qəti qərarını (Allaha pənah) boş, əbəs iş və müsəlmanların məsləhətinin əleyhinə olan bir qərar kimi qəbul etməliyik! Əgər camaatın dini rəhbərini seçmək müsəlmanların öhdəsindədirsə və qoşunda belə adamlar vardırsa, bəs nə üçün Allahın Rəsulu (s) onlardan tez bir zamanda Mədinədən uzaqlaşmasını istəyir? Görəsən Peyğəmbər imamı seçməyin, döyüşdə iştirak etməkdən mühüm olmasını bilmirdimi?! Peyğəmbər qoşunun tez bir zamanda hərəkətinə dair əmr verdiyi halda, bu necə caizdir ki, bir nəfər qoşundan ayrılandan sonra başqa birisi üçün də Mədinədə qalmaqa icazə istəyir?! Allahın Rəsulu (s) vacibə qədər onlardan tez bir zamanda Mədinəni tərk etmələrini istədi onlarsa boyun qaçırdılar. Peyğəmbərin əmrindən çıxmaqdan əlavə,Quran onlara əmr verməmişdimi:ما اتاكم الرسول فخذوه و ما نهاكم عنه فانتهوا Rəsulum sizə nə (hökm) verirsə götürünvə sizə nəyi qadağan edirsə ondan əl çəkin.[12]və həmçinin“Nisa” surəsinin 65-ci ayəsini:

فلا وربك لا يؤمنون حتى يحكموك فيما شجر بينهم ثم لا يجدوا في انفسهم حرجا مما قضيت و يسلموا تسليما

“Amma belə deyildir (onların imanları yoxdur)! Sənin Rəbbinə and olsun ki, onlar aralarındakı ixtilaflarda səni hakim etməyincə, sonra isə sənin verdiyin hökmə görə özlərində heç bir sıxıntı və narahatlıq duymayıb tamamilə təslim olmayınca iman gətirməzlər”[13] – eşitməmişdilərmi?!

Həqiqətdə əhli-sünnə təhqiqatçılarının orduda olanların bəzisinin itaətsizliyinin səbəbi haqqında açıq nəzərləri olduğu yerdə, belə bəhanələrə yer yoxdur. Bu bəhanələr məsələni həll etməməkdən əlavə, onu daha da mürəkkəbləşdirib, cavabsız saxlayırlar.

İbn Əbil Hədid yazır: Bir zaman ustadım Əbu Cə`fər Nəqibdən Əlinin aydın şəkildə xilafətini bildirən rəvayət haqqında soruşub dedim: İnanmaq olmur ki,Peyğəmbərin səhabələri Onun əmrinə mane olmaqda yekdil fikirdə olsunlar. Bu sanki namaz vaxtı üzü qibləyə durmanın, Ramazan ayında oruc tutmanın və s. qarşısını almaqa bənzəyir.

Ustadım dedi: Onlar xilafət məsələsini namaz və oruc kimi qiymətləndirmirdilər; onu siyası-ictimai bir məsələ sayır və məsləhət bildikləri zaman Peyğəmbərlə müxalifətçılik edirdilər. Bu işdə heç nədən də çəkinmirdilər. Elə bu səbəbdən də Əbu Bəkr və Ömər Usamənin ordusunda olmaqdan boyun qaçırdılar. Onlar Mədinədə qalmağı məsləhət sayırdılar.”[14]

Əbu Cə`fər Nəqib onların Mədinədə qalmaqdan ötrü, özləri üçün nə məsləhət görmələri haqqında bir söz demir. Hansı ayəyə əsaslanaraq Peyğəmbərin (s) siyasi və ictimai əmrlərindən boyun qaçırmanı caiz bilirdilər?! Halbuki Quran ”ما آتاكم الرّسول فخذوه و ما نهاكم عنه فانته” deməklə ibadi və ictimai işlərin arasında heç bir fərq qoymamışdır.

Görəsən, Allahın Rəsulu (s) orduda iştirak edən ilk mühacirlər qurupunu və ənsarı vacib olmayan bir işi tərk etmələrinə görə lənətləyirdi? Peyğəmbər bir işi yerinə yetirib – yetirməmələrində tam azad olan insanlardan öz şəxsi düşüncələrini kənara qoyub onun fikirlərinə itaət etmələrini umurdumu?! Peyğəmbərin müstəhəb və təkcə yol göstərmə tapşırıqlarını ayırmaq o qədər də çətin deyildi. Belə bir məxsus iş (çoxlu dəlil və subutlar ilə) heç də qeyd nümunələrdən deyil.

İbn Əbil Hədid “Nəhcül bəlağənin” 156-cı xütbəsinin şərhində ustadı Şeyx əbu Yə`qub Mötəzilinin dilindən yazır: Peyğəmbərin xəstəliyi şiddətləndkdə, Usamənin ordusunun Şama tərəf hərəkət etməsinə əmr verib Əbu Bəkr və digər mühacir və ənsar böyüklərinin orada olmasını buyurdu ki, Allah Rəsulu üçün bir iş qarşıya çıxdıqda Əlinin xilafətə çatması daha arxayınlıqla baş versin.[15]

Bu təhqiqatçı alim başqa bir yerdə bu sözə irad tutaraq yazır:

Daha yaxşı belə deməkdir: Peyğəmbər vəfat etdiyi zaman Əbu Bəkr və Ömərın Mədinədə olacaqları təqdirdə əmisi oğlu (Əlini) kənara qoyacaqlarını dəqiq bilmirdi, əksinə sadəcə güman edirdi. Elə buna görə də Mədinədən çıxmalarına göstəriş verdi. Biz də bu işi öldüyümüz zaman öz uşaqlarımızla edirik. Əgər övladlarımızın hər hansı birinin biz öləndən sonra mallarımızı ələ keçirib digərlərinə bir şey verməyicəyindən qorxsaq, onu uzaq bir yerə səfərə göndəririk.[16]

Bütün bunlardan Usamət ibn Zeydin başçılıqı altında ordunun hərəkət etməsinə olunan təkidin və Əli ibn Əbi Talibin (ə) müxaliflərinin vaxtında uzaqlaşdırılmasının O həzrətin imamətə yetişməsinə görə baş verdiyi çox gözəl məlum olur ki, sağlam ağlı olanlar üçün bu proqramın onlarla incəliyi vardı. Onlar Allahın Rəsulunun (s) müsəlmanlara, başçının “şöhrətli və çox yaşlı” olmaq əsasında deyil, ləyaqət əsasında olması qanununu öyrətməklə yanaşı kiçik bir müharibədə yeniyetmə bir cavana itaət etməklə daha böyük olan və nübuvvətlə bərabər tutulan imamətə ləyaqətləri olmamasını da bilirdilər. Bunlardan əlavə, bu göndəriş bir çoxlarının iç üzünü ifşa edirdi. Çünki, camaat qoşunda iştirak etməkdən boyun qaçıranları və nəticədə Peyğəmbərin qarğış etdiklərini aşkara gördülər.

 

 

[1] “Tarixul-uməmi vəl-muluk” 2-ci cild, səh. 224 , “Əl-kamilu fit-tarix” 2-ci icld. səh. 318.

[2] Tarixçilər Peyğəmbərin (s) məşhur səhabələrindən olan iki nəfərin adını çəkərək yazırlar:  Bu iki nəfər bir çox döyüşlərin həssas vaxtında döyüşü tərk edib qaçmışlar (Halbuki, onlar Usamənin ordusunda vardılar). “Əttəbəqatül Kübra” 3-cü cild, səh. 155, “Əs-sirətüн-nəbəviyyə”, 1-ci cild, səh. 431, “Əl-bidayətü vən-nihayət” 4-cü cild, səh. 29, “Kənzül ummal” 10-cu cild, səh. 268-269, “Həyatüs-səhabə” 1-ci cild, səh. 359, “Əl-müstədrəkü ələs-səhiheyn” 3-cü cild, səh. 27.

[3] “Şərhi Nəhcül-bəlağə”, İbn Əbil-Hədid 1-ci cild, səh. 159, 2-ci cild, səh. 21, 17-ci cild, səh. 177. “Əlkamilu fittarix” 2-ci cild, səh. 317, “Əttəbəqat” 4-cu cild, səh. 46 və 136, “Təhzibу mədinətид-Dəməşq”, 2-ci cild, səh. 391 və 3-cu cild, səh. 215, “Kənzül-ummal”, 5-ci cild, səh. 312, “Tarixül-xəmis”, 2-ci cild, səh. 172, “Tarixи-Yəqubi” 2-cild, səh. 93, “Həyatu Muhəmməd” səh. 467, “Əlisabə ibn Həcər” 8-ci cild səh. 124, “Əl-mәğazi” 3-cü cild, səh. 118, “Tarixуl-üməm vəl-muluk” 2-cild, səh. 224.

[4] “Tarixül-uməmi vəl-muluk”, 4-cü cild, səh. 1353, “Əl-kamilu fit-tarix” 2-ci cild, səh. 26, “ Tarixу mədinətид-Dəməşq” 1-ci cild, səh. 117.

[5] “Şərhi Nəhcül-bəlağə”, İbn Əbil-Hədid” 6-cı cild, səh. 52, “Milə və nihəl Şəhristani” 1-ci cild, səh. 23, “Ənnəsу вәл-ictihad”, səh. 19-dan etdiyi rəvayətə görə

[6] “Tarixül-uməmi vəl-muluk” 2-ci cild, səh. 462.

[7] Bir dəstə адам Öməri vasitəчи edərək Əbu Bəkrin yanına göndərib Usamənin yerinə bir başqasını təyin etməsini istədilər. Əbu Bəkr qəzəblənib dedi:  “Ey Xəttbın oğlu! Onu Peyğəmbər təyin etmişdir! Sən məndən tələb edirsən ки, ону ишдән чыхарым? Bu zaman özü düşərgəyə gedir və gecikmədən Usaməni yola salır. (“Əl-kamilu fit-tarix” 2-ci cild, səh. 335, “Ət-təbəqatül-Kübra” 2-ci cild, birinci hissə, səh. 137, “Əl-bidayətü vən-nihayə” 6-cı cild, səh. 305, “Tarixül-üməmi vəl-müluk”, , 2-ci cild, səh. 246 və “Tarixi-Yəqubi”,” 2-ci cild, səh. 117).

[8] “Tarixül-üməmi vəl-müluk”, , 2-cild, səh. 245, “Əl-kamilu fit-tarix” 2-ci cild, səh. 334.

[9] “Əl-muraciat”, 91 .

[10] “Həyatу Muhəmməd (s)”, səh. 468-470.

[11] “Nəhcul-Бəlağənin şərhi” İbn Əbil-Hədid, 17-ci cild, səh. 176, “ Tarixin ən qara həftəsi” səh. 37-dən nəqlән.

[12] “Həşr”surəsi, ayə: 7.

[13] “Nisa”surəsi, ayə: 65.

[14] “Nəhcül-bəlağənin şərhi”, 12-ci cild, səh. 83 (İbn Əbil-Hədid).

[15] “Nəhcül-bəlağənin şərhi”, 9-cu cild, səh. 197 (İbn Əbil-Hədid).

[16] “Nəhcül-bəlağənin şərhi”, 1-ci cild, səh. 161 (İbn Əbil-Hədid)